Cennifer Lopezin keçmiş sevgilisi qadın döydüyünə görə üzr istədi

Cennifer Lopezin keçmiş sevgilisi qadın döydüyünə görə üzr istədi

Reper Kombs çətin anlar yaşayır. Onun adı adı növbəti dəfə qalmaqalda hallanır.


Davranışına görə üzr istəməsinə baxmayaraq, əksər izləyicilər onun səmimiliyinə inanmayıblar.

 

Sfera.az bildirir ki, keçmiş sevgilisi Kessi Venturanı oteldə təpikləyərkən şok görüntüləri yayılan 54 yaşlı reper Sean "Diddy" Combs ilk dəfə 20 milyon İnstaqram izləyicisinə müraciət edib. Qeyd edək ki, keçmiş cütlük 2007-ci ildən 2018-ci ilə qədər birlikdə olub. Həmin vaxt qızın 19, reperin isə 37 yaşı olub. Hadisə onların ayrılmasından iki il əvvəl baş verib. Onu da qeyd edək ki, bu yaxınlarda narkotik alveri, fahişəlik, oğlanbazlıq, cinsi istismar ittihamları ilə məhkəməyə verilən Kombs əleyhinə ifadə verənlər arasında aralarında Castin Biber kimi məşhurların da olduğu bir çoxları var. 

 

Bir vaxtlar Cennifer Lopezlə görüşən reper müraciətində həyatındakı qaranlıq anları düşünməyin onun üçün çox çətin olduğunu deyib.

 

"Demək istəyirəm ki, bəzən çökürdüm, dibə vururdum. Amma bəhanə gətirmirəm, bu videodakı davranışım bağışlanmazdır. Videodakı hərəkətlərə görə bütün məsuliyyəti öz üzərimə götürürəm, özümdən iyrənirəm. Bunu edəndə həqiqətən özümdən iyrənmişdim və gedib peşəkar kömək istədim. Allahdan da mərhəmət dilədim. İndi hər gün daha yaxşı olmağa çalışıram”.

 

Kameraya düşən hadisə 2016-cı ildə Los-Ancelesdəki oteldə baş verib. CNN-in əldə etdiyi videoda belinə dəsmal bağlamış köynəksiz reperin otelin dəhlizində Kessini qovduğu görünür. Qadın liftə minmək istəyəndə reper onun saçından tutub yerə yıxıb. Daha sonra Kombs yerdə hərəkətsiz uzanan qadını təpikləyib. Kombs qadının üzərində oturaraq, onu yenidən təpikləyib və kapüşonundan tutaraq otağına doğru geri çəkib.

 

Döyülmənin müşahidə kameralarına düşdüyünü bilən reper səs yazısını 50 min dollara alıb. O, bundan heç kimin xəbəri olmayacağına əmin olub. Bu barədə məhkəmədə zərərçəkmişin özü danışıb.

 

Onu da qeyd edək ki, oteldən orta-bab pulla alınan video kadrlar hal-hazırda “Youtube” platformasında da görünmür. Görünür, döyülmə görüntüləri buradan da silinib. 

 

Öz növbəsində reperin abunəçiləri onun üzr istəməsinin səmimiliyinə inanmayıblar.

 

"Zəhmət olmasa öl, yerin altına gir”


"Mən qızı yenidən otağa sürüklədikdən sonra orada nə baş verdiyini təsəvvür edə bilərəm”

 

"Vəhşi seriyalı yırtıcı. Allah cəzanı versin”
 
Bu yaxınlarda isə Los Angeles Dairə Prokurorluğu iddia müddəti bitdiyi üçün Kombsu əməlinə görə mühakimə edə bilməyəcəklərini bildirib. Kaliforniyada sadə hücum üçün cəza bir il, ağırlaşdırılmış hücum üçün isə üç ildir. Hal-hazırda müddət görə Kombsa qarşı heç bir ittiham irəli sürülə bilməz.

 

"Bu qorxulu video cənab Kombsun narahatedici və yırtıcı davranışını bi daha təsdiqləmiş oldu" - deyə qızın vəkilləri bildirib.

 

Keçən il Kessi də Kombsu təcavüz, istismar və bir sıra başqa cinayətlərdə ittiham edərək məhkəməyə vermişdi. Noyabr ayında tərəflər açıqlanmayan bir məbləğ qarşılığında razılığa gələrək, məhkəməni bitiriblər. 


Daha sonra reper Sean "Diddy" Kombs ardıcıl cinsi təcavüz və narkotik alverində ittiham olunub. Onun malikanələrində axtarışlar aparılıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...