Ceniffer və Ben Afflek boşanma şayiələri arasında birlikdə görüntüləndi 

Ceniffer və Ben Afflek boşanma şayiələri arasında birlikdə görüntüləndi 

Müğənni Cennifer Lopez və Ben Afflek boşanma xəbərləri arasında birlikdə görüntüləniblər.


Məşhurlar bazar günü Kaliforniyanın Brentvud şəhərində keçirilən ailə tədbirinə ayrı-ayrılıqda gəlsələr də, aktyorun avtomobilində birlikdə gəziblər.
 

Sfera.az bildirir ki, uzun müddət birlikdə heç yerdə görünməyən cütlük haqqında jurnalistlər ayrı yaşadıqlarını və boşanmağa hazırlaşdıqlarını iddia ediblər.
 
 
İnternetdəki fotoşəkillərdə, həm Afflek, həm də Lopezin əlində toy üzüklərini taxdıqları görünür. JLo  şalvarı və xaki paltosu ilə dəbli görkəmdə diqqət çəkib. Ben cins şalvar və boz köynəkdən ibarət təsadüfi bir görünüş nümayiş etdirib.
 

Cütlüyün bu görünüşü onların təxminən iki illik evliliyindən sonra boşanmağı planlaşdırdıqları və indi ayrı yaşadıqları barədə şayiələr fonunda baş verib.
 
 
Bu yaxınlarda bir mənbə KİV-ə: "Cütlüyün münasibəti hələ bitməyib, lakin onlar ayrı-ayrı evlərdə qalırlar və münasibətlərində gərginlik yaşanır. Onların nə istədiklərini anlamaq üçün bir az zamana ehtiyacları var. Çox depressiyaya düşürlər”-deyə bildirib.


 
Qeyd edək ki, JLo və Benin münasibətləri 2021-ci ildə yenidən alovlanıb. Cütlük 2022-ci ildə yenidən evlənib.


 
Afflek və Lopez isə rəsmi olaraq, heç bir xəbərə və şaiyələrə münasibət bildirməyiblər.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...