Kayrat Sarıbay: \"Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər\"

Kayrat Sarıbay: \

Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərini kollektiv şəkildə həll etməlidir və onunla mübarizədə böyük təcrübəyə malik olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələri prosesin fəal iştirakçılarına çevrilə bilərlər.

 

Sfera.az xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay mətbuat konfransında bildirib.

 

Baş katib qeyd edib ki, iqlim dəyişikliyinin nəticələri ilə mübarizə aparmaq üçün inteqrasiya olunmuş yanaşma və dünya liderlərinin birgə səyləri lazımdır.

 

Xəzər hövzəsi ölkələrində regional səviyyədə bu problemdən danışan Baş katib ölkələrin bu məsələdə əməkdaşlığa sadiq olduğunu vurğulayıb: "Beş Xəzəryanı dövlətin hamısı AQEM-in üzvüdür və birgə tədbirlərdə fəal iştirak edir, bir-biri ilə təcrübə mübadiləsi aparırlar".

 

K.Sarıbay bildirib ki, logistik qovşaqların ətraf mühitə ziyan vurmayacaq formada planlaşdırma təcrübəsi var. (report)


OXŞAR XƏBƏRLƏR

Britni Spirsin dostları həyəcan təbili çaldı

42 yaşlı amerikalı müğənni Britni Spirs qəyyumluqdan qurtulduqdan sonra psixoloji və maliyyə vəziyyəti əvvəlkindən daha pisdir. O, tamamilə qeyri-adekvat vəziyy...

15 yaşında evdən qaçan qız möcüzə nəticəsində sağ qalıb və milyarder olub

İrandan olan 48 yaşlı Bekki Fatemi, uşaqlığını çox kasıb keçirməsinə və hətta 15 yaşında evdən qaçmasına baxmayaraq, 8,3 milyard funt sterlinq dəyərində nəhəng ...

1,3 milyard dollar cek-pot qazanan xərçəng xəstəsinin həyatı dəyişdi

Xərçənglə mübarizə aparan 46 yaşlı laoslu mühacir Çenq Sayfan Amerika Powerball lotereyasında 1,3 milyard dollar qazanıb.   Sfera.az bildirir ki, Çen...

Meymunlar şəhəri yerlə-yeksan etdi: Onların qarşısını almağa çağıran plakatları cırdı

Qəzəbli meymunlar dəstəsi Taylandda Lopburi turizm mərkəzində meymun işğalına qarşı şüarlar yazılmış 30 plakatı cırıb. Əvvəllər bu heyvanlara yemək və əyləncə a...

Samuray qılıncı ilə yoldan keçənlərə hücum etdi: 13 yaşlı uşaq öldü

Londonun şimal-şərqində samuray qılınclı bir nəfər insanlara hücum edib. İki polis məmuru da daxil olmaqla bir neçə nəfər bıçaq xəsarətləri alıb.   S...

Acun daha bir futbol klubu alır

“TV8"in rəhbəri Acun Ilıcalı daha bir futbol klubu alır.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı Sloven...