Xərçəngdən sağ qalanlar bu səhvə yol verir

Xərçəngdən sağ qalanlar bu səhvə yol verir

Xərçəngə qalib gəlmiş insanların yalnız 4 faizi Amerika Xərçəng Cəmiyyəti (ACS) tərəfindən hazırlanmış və istifadə üçün təqdim edilmiş qida və fiziki fəaliyyət qaydalarına tam uyğun gəlir.


Sfera.az xəbər verir ki, bu barədə "JAMA Oncology" jurnalı məlumat yayıb.


Alimlər onkoloji xəstəliyə qalib gəlmiş 9000-dən çox insan arasında sorğu keçiriblər və müəyyən ediblər ki, respondentlərin yalnız 72 faizi adekvat fiziki fəaliyyətlə yaşayır, 68 faizi piylənmədən əziyyət çəkdiyini, 12 faizi isə göstərişlərə əsasən kifayət qədər əmək etdiyini deyib.


Respondentlərin yalnız 4 faizi onkologiyadan sonrakı həyat tərzi ilə bağlı göstərişlərə tam əməl etdiklərini bildirib. Maraqlıdır ki, qadınlar, qocalar, qaradərililər və kifayət qədər təhsili olanlar göstərişlərə ən çox əməl edənlərin olublar. Məqalədə bildirilir ki, sorğu göstərir ki, onkoloq və terapevtlər tibbi kursu başa vurduqdan sonra xəstələrinin həyat tərzinə, xüsusən də sağlam həyat tərzinə daha çox diqqət yetirməlidirlər.



İnci


OXŞAR XƏBƏRLƏR