Britni Spirsin dostları həyəcan təbili çaldı

Britni Spirsin dostları həyəcan təbili çaldı

42 yaşlı amerikalı müğənni Britni Spirs qəyyumluqdan qurtulduqdan sonra psixoloji və maliyyə vəziyyəti əvvəlkindən daha pisdir. O, tamamilə qeyri-adekvat vəziyyətə düşüb. Bu barədə sənətçiyə yaxın mənbələrə bildirib. 

 

Sfera.az bildirir ki, müğənni qısamüddətli bir tətilə bir milyon dollardan çox pul xərcləyir. O, emosional olaraq da qeyri-adekvat hala gəlib.

 

Məsələn, bu yaxınlarda ailəsini tənqid etdikdən bir neçə saat sonra İnstaqram hesabını deaktiv edib. Britni səhifəsində Jennette McCurdinin “I'm Glad My Mom Died” kitabının üz qabığını paylaşıb.

 

O, daha sonra yeni paylaşımında:

 

"Əslində, əsəblərin pozulmasına görə tamamilə haqlı idim! Kaş insanlar bir vaxtlar öz qapıma necə sürünərək getməli olduğumu biləydilər! Ailəm məni məhv edib! Ədalət yoxdur və yəqin ki, heç vaxt olmayacaq da”. 

 

Ancaq sonra Britni yenidən sosial şəbəkə hesabını açıb, yeni qəribə rəqs videosunu, at sürərkən çəkilmiş görüntülərini paylaşıb.

 

Britninin dostları onun radikal əhval dəyişikliyindən əziyyət çəkdiyini və getdikcə ətrafdan təcrid olunduğunu deyirlər.


"Britninin qəyyumluğu və qoyulan sərt qadağalar əslində onu qorumaq üçün nəzərdə tutulmuşdu. O, artıq qorunmur"- deyə dostları iddia edir.

 

Britninin Fransız Polineziyası və Havay adalarına etdiyi aylıq səfərlərinin hər birinə bir milyondan çox pul xərclədiyi, bununla da 60 milyon dollarlıq sərvətini itirmək riskinin də olduğu iddia edilir.


Spirs ekzotik tətillərinə şəxsi təyyarələr və beşulduzlu otellər də daxil olmaqla, yüz minlərlə dollar xərcləyir.

 

Keçən həftə Britninin 71 yaşlı atası Ceymi ilə illərdir davam edən məhkəmə mübahisəsi də həll olunub. Məhkəmə Spirsin öz vəkilinə xərclədiyi 4 milyon dollardan əlavə, Ceyminin də tutduğu vəkillik haqqını (2 milyon dollar) ödəməsi barədə qərar çıxarıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR