Sərnişin avtobusu uçurumdan aşıb: Ölən və yaralalanlar var

Sərnişin avtobusu uçurumdan aşıb: Ölən və yaralalanlar var

Peruda ötən gecə avtobusun And dağlarının yamacından çaya aşması nəticəsində azı 25 nəfər ölüb, 13 nəfər yaralanıb.

 

Sfera.az bildirir ki, avtobusda 50-dən çox sərnişin olub. Avtobus aşaraq, yamacdan çaya düşüb. Qəzadan sonra sərnişinlərin bəzilərini su aparıb.

 

“Məlumat hələ də dəqiqləşdirilir, çünki qəza gecə saatlarında və kifayət qədər bərbad, torpaq yolda baş verib”- deyə hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir.

 

Ölkədə 3 günlük matəm elan edilib.


Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər çalışır, xəsarət alanlar xəstəxanaya təxliyə edilib. Qəza yerinin yaxınlığında toplaşan onlarla insan ümidsizcəsinə yaxınlarından xəbər gözləyir.


Qeyd edək ki, Peru yollarında belə faciəvi qəzalar olduqca tez-tez baş verir. Təkcə ötən ilin sentyabrında baş verən qəzada təxminən iyirmi nəfər ölüb, yanvarda isə avtobusun uçurumdan aşması nəticəsində ən azı 24 nəfər həlak olub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması, qaz kəmərlərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə 22.05.2024-cü il tarixind...

Hakan Fidan İranın yeni XİN rəhbəri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın yeni təyin olunmuş xarici işlər naziri Əli Baqiri ilə telefon danışığı aparıb.   Sfera.az xəbər verir...

“Polis üçün kolleclər yaradılmalı və orada iki illik tədris keçirilməlidir” - Qüdrət Həsənquliyev

“Mən ilk öncə Sahibə xanım sizi və nümayəndə heyətinin üzvlərini təbrik edirəm ki, bir neçə səfər həyata keçirmisiniz. Həm siz, həm Milli Məclisin deputat...

iPhone 15-də böyük endirimlər: Apple qiymətlərini azaltmağa məcburdur

Çindəki müxtəlif onlayn mağazalar iPhone 15 seriyasının bəzi modellərində qiymətləri aşağı salır.     Sfera.az bildirir ki, “Apple”ı...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.   Sfera.az xəbər verir ki, 63 kiloqram...

Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı QƏRAR VERDİ

Özünü 12-ci imam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə qərarından verilən apell...