Maskdan ABŞ-Ukrayna təhlükəsizlik razılaşmasının nəticələri barədə XƏBƏRDARLIQ

Maskdan ABŞ-Ukrayna təhlükəsizlik razılaşmasının nəticələri barədə XƏBƏRDARLIQ

Amerikalı iş adamı İlon Mask bildirib ki, Ukrayna ilə ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması “sonsuz müharibəyə” gətirib çıxaracaq.
 

Sfera.az xəbər verir ki, sahibkar X sosial şəbəkəsində (keçmiş Twitter) müvafiq paylaşım edib.
 

Belə ki, o, Kiyev və Vaşinqton arasında təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı danışıqlardan bəhs edən xəbəri şərh edib . Söhbət yaxın 10 il ərzində ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyindən gedir.
 

"Sonsuz müharibə" Mask yazıb.

Aprelin 28-də Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlar apardığını açıqlayıb. Dövlət başçısının sözlərinə görə, Kiyev və Vaşinqton artıq bu sənədin “konkret mətnini” hazırlamaq mərhələsindədir.


Daha sonra Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski vəziyyəti şərh edib. O vurğulayıb ki, belə bir saziş imzalanarsa, Moskva ilə Qərb ölkələri arasında qarşıdurmanın yeni mərhələsi başlayacaq.

İnci
sfera.az


OXŞAR XƏBƏRLƏR