Nişan şayiələri yayılan Ledi Qaqa sevgilisi ilə birlikdə görüntüləndi - FOTOLAR

Nişan şayiələri yayılan Ledi Qaqa sevgilisi ilə birlikdə görüntüləndi - FOTOLAR

38 yaşlı amerikalı müğənni Ledi Qaqa nişan şayiələrindən sonra sevgilisi ilə birlikdə görüntülənib. Qeyd edək ki, Ledi Qaqa nadir hallarda sevgilisi ilə birlikdə ictimaiyyət arasında görünür. 

 

Sfera.az bildirir ki, Ledi Qaqa və Maykl Polanski 2019-cu ildən görüşür. Bu günlərdə isə Qaqanın adsız barmağına üzük taxdığı görülüb. Ledi Qaqa və 46 yaşlı “Parker Group”un baş direktoru Maykl Polanski tennis oynamaq üçün Malibuya gəlib. Ledi Qaqa neon sarı zolaqlı boz yubka və parlaq neon sarı sviterdə üslubunu nümayiş etdirib.

 

 

Müğənni sarı saçlarını aşağıdan at quyruğu formasına salıb və az-çox makiyajsız üzünü nümayiş etdirib. Ledi Qaqa görünüşünə gün eynəyi əlavə edib və telefonunu əlində tutub.


Ledi Qaqanın sevgilisi isə yaşıl rəngli kapüşon və kömür rəngli şort geyinib. Polanski idman görünüşünə papaq və qara idman ayaqqabısı əlavə edib.


Ledi Qaqanın dostları bildiriblər ki, cütlük Los-Ancelesdə Maykl Polanskinin dostu Şon Parkerin  məclisində tanış olublar. Sevgililər ilk dəfə 2019-cu ilin dekabrında Las-Veqasda Yeni il ziyafətinə qatıldıqları zaman bir araya gəliblər. 2023-cü ilin əvvəlində ayrılan cütlük, sonradan barışıb.

 

Bu yaxınlarda Ledi Qaqanın barmağında üzük görünməsi isə,  nişan şayiələrinin yayılmasına səbəb olub. Lakin Qaqa və Polanski isə hələlik bu barədə rəsmi açıqlama verməyiblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR