İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlandı - XƏBƏRDARLIQ

İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlandı - XƏBƏRDARLIQ

İrandan Azərbaycana idxal olunan bəzi ərzaq məhsullarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Bildirilib ki, İranda fəaliyyət göstərən sahibkarlıq subyektləri - “Soda Tejarat Diba”, “Tolidi Bazargani Modern Sazan Mandegar”, “Behzad Tejarat Aras İlman”, “Maham Tejarat Dena Paydar”, “Asia Fruits”, “Hamid Fallah Co.” və "Seyed Reza Farahmandnia" MMC tərəfindən ölkəmizə ixrac edilən xurma, püstə, zirinc və qovrulmuş çətənə məhsullarından nümunələr götürülüb, analiz edilib.

 

Müayinələr nəticəsində məhsul partiyalarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.


OXŞAR XƏBƏRLƏR

Azər Türk Bankdan biznes üçün yenilik

Dövlət bankı Azər Türk Bank müştərilərinə xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə hüquqi şəxs və fərdi sahibkarların bank hesabı açması pro...

Prezident İran səfirliyində oldu - YENİLƏNDİ

Prezident İlham Əliyev mayın 21-də İranın Azərbaycandakı səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hü...

Milli Məclisin iclası BAŞA ÇATIB - YENİLƏNİB

Milli Məclisin bugünkü iclası başa çatıb. Növbəti plenar iclas mayın 24-nə təyin olunub.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin səd...

İbrahim Rəisinin xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edildi 

Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin xatirələri Milli Məclisdə bir dəqiqəlik sükutla yad edilib.   Sfera.az xəbər verir ki...

İran prezidentinin qəzaya düşmə anı - VİDEO

İran Prezidenti Rəisini aparan helikopterin qəzaya uğradığı anın görüntüləri yayılıb.   Sfera.az musavat.com-a istinadən bildirir ki, iddiaya görə ha...

"Gürcüstanla da Qazax və Zaqataladan yollar açılmalıdır" - Milli Məclisdə TƏKLİF

“Digər ölkələrlə yolların və körpülərin artırılması vacibdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat S...