Lissabonda Azərbaycanın diplomatik ofisi AÇILACAQ
Siyasət
12:26 / 17.04.2024
2753
Lissabon şəhərində Azərbaycanın diplomatik ofisi açılacaq.
Sfera.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya prezidenti Marselo Rebelo de Sousaya təqdim edərkən danışıb.
O bildirib ki, Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verən Azərbaycan tezliklə Lissabon şəhərində diplomatik ofisini açacaq.