Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah Yardımlı və Masallı rayonunun bəzi ərazilərində qaz kəsiləcək.

 

Sfera.az xəbər verir ki, Yardımlı rayonu ərazisində “Ordahal-Yardımlı” yüksək təzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğv edilməsi ilə bağlı sabah saat 10:00-dan işlər başa çatanadək Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulub.

 

Həmçinin Masallı rayonu ərazisində yerləşən, “Masallı" qaz paylayıcı stansiyada qaztənzimləyicinin quraşdırılması üçün, Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala, Hüseyinhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd, Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar , Kolatan kəndləri olmaqla 17000 əhali abonentin və 225 sənaye obyektinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


OXŞAR XƏBƏRLƏR

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

ABŞ-də Massaçusets Texnologiya İnstitutunda təhsil alan iki qardaş 12 saniyə ərzində 25 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar.   Sf...

Azərbaycan və Belarusun üç şəhəri QARDAŞLAŞDI

Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb.   Sfera.az xəbər verir ki, bu, mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti ...

Pərəstişkarlarından məşhur müğənniyə BÖYÜK JEST: 8 dəqiqə ərzində...

Məşhur ifaçı Lana Del Reyin konsert biletləri 8 dəqiqə ərzində “sold out” olub.   Sfera.az xəbər verir ki, tanınmış amerikalı müğənninin ...

Azərbaycan-Belarus arasında doqquz sənəd İMZALANDI - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə mayın 16-da Azərbaycan-Belarus sənədlərinin imzal...

Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım TƏKLİF ETDİ

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib.   Sfera.az bu barədə BELTA-ya isti...

İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.   *...