Xırdalanda qonşuları şoka salan qətl niyə törədilib? – TƏFƏRRÜAT

Xırdalanda qonşuları şoka salan qətl niyə törədilib? – TƏFƏRRÜAT

Qadın amansızlıqla qətlə yetirilib.

 

Sfera.az xəbər verir ki, hadisə Abşeronda, Xırdalan şəhərində qeydə alınıb.

 

Xırdalan şəhəri ərazisində 48 yaşlı  Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 50 yaşlı Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Mərhumun qapı qonşusu Esmira Nəcəfova bildirib ki, ailədə indiyə qədər elədə  problem olmayıb:

 

“5 ildir onlar burada yaşayırlar. Heç bir söz - söhbət eşitməmişik. Belədə ki bilinmir o nə üstündə olub. Çox sakit qadın idi, uşağı alırdı yanına, gedirdi mağazaya çörək alıb, qayıdrdı evinə. Oğlan da sakit təbiətli biri idi, görəndə hal əhval tuturdu. Şoka düşmüşəm ki, bu nədən ola bilər…

 

Axşam polisləri gördüm şoka düşdüm. Dedim axı, necə ola bilər ki, Laçın bunu törətsin”,- qonşu deyib.

 

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, Laçın Əhmədağayev şübhəli şəxs qismində tutulub.  Hazırda ibtidai istintaq davam edir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


OXŞAR XƏBƏRLƏR

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

Azərbaycanda dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir...

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

İnsanların əksəriyyəti gün ərzində bir neçə dəfə “ürəyim sıxılır” ifadəsini işlədirlər.   Bəs ürək və can sıxıntısı nədir və nədən yaran...

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Latviya Parlamentinin spikeri Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Latviya Parlamentinin spikeri Daiga Mierina mayın 18-də Azərbaycana səfər...

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Baş prokuroru Yusuf Raxmonun dəvətilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlət...

Yeni yayılmağa başlayan Hepatit E virusunun fəsadları nədir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İspaniyada ilk dəfə insanlarda siçovul hepatiti olaraq adlandırılan Hepatit E-yə yoluxma halı qeydə alınıb. Məlumata görə, artıq 40 nəfər...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Mayın 16-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan B...