Türkiyə XİN Fransanın qərarını pislədi

Türkiyə XİN Fransanın qərarını pislədi

Fransa Milli Assambleyası 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Naziriliyinin bəyanatında deyilir.

 

Bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatın qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı:

 

"Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.

 

Bu qərar həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir".


OXŞAR XƏBƏRLƏR

Hərbçimiz vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Sənan Kərəm oğlu kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.   ...

İcra başçısı yanğın baş verən əraziyə gəldi - "Evlərə də ziyan dəyib"

“Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur”.   Sfera.az xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiy...

"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verm...

DİQQƏT: Bakıda güclü yanğına görə bu yollar BAĞLANDI

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun “28 May” stansiyası...

“Qızılgüllərin müharibəsi”: Bred Pitt yenidən məhkəməyə verildi

Bred Pitt və Ancelina Coli arasında 2008-ci ildə alınan “Chateau Miraval” şərab zavodu ilə bağlı hüquqi çəkişmə bitmək bilmir.  Keçmiş həyat yo...

Azərbaycanla Ermənistan arasında protokol imzalandı

2024-cü il mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mh...