“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda təlimlər keçilir

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda təlimlər keçilir

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasında aktiv iştirak edəcək jurnalistlər üçün silsilə təlimlər çərçivəsində ilk təlim “COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda 29 aprel tarixində keçilmişdir.

 

Təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova bildirib ki, müasir dövrdə ekoloji məsələlər və  onların həlli istiqamətində yerli və qlobal səviyyədə görülən tədbirlər, eyni zamanda iqlim dəyişiklikləri ilə mübarizəyə dair ideyaların ictimaiyyətə düzgün və effektiv çatdırılması xüsusi əhəmiyyət kəsb edir və hazırki təlimlər bunu hədəfləyir.

 

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə qeyd edib ki, COP29 tədbiri zamanı ölkə mediasının əsas rolu cəmiyyətin ekoloji problemlər haqqında məlumatlılığını artırmaq, fərdi və kollektiv fəaliyyətə təşviq etməkdir.

 

Təlim zamanı 2001-2010-cu illər arasında iqlim dəyişikliyi siyasətləri üzərində çalışmış, Türkiyəni UNFCCC COP-da müzakirəçi kimi, iqlim dəyişikliyi ilə bağlı müxtəlif beynəlxalq konfrans və tədbirlərdə, o cümlədən BMTİDÇS prosesində təmsil etmiş, beynəlxalq ekspert Ayşe Özge Kepenek Bozkırlıoğlu “İqlim Dəyişikliyinin Əsasları: Hava və İqlim”, “Əsas Terminologiyalar”, “İstixana qazları”, “Qlobal istiləşmə”, “İqlim dəyişikliyinin nəticələri”, “İqlim böhranına cavab vermək üçün qlobal siyasi səylərin icmalı”, “UNFCCC və Paris Sazişi”, “Son qlobal gündəm və danışıqlar yolları” adlı sessiyalarda çıxış edib.

 

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının Baş Elmi İşçisi, təlimçi Əhməd Hümbətov tərəfindən media nümayəndələri ilə birgə “Bərpa olunan və olunmayan enerji”, “Enerji potensialı”, “Azərbaycanın enerji siyasəti” mövzuları ətraflı müzakirə olunub.

 

İnkişaf və Diplomatiya İnstitutunda enerji və ekoloji siyasət, yaşıl enerji və iqlim dəyişikliyi, davamlı inkişaf və su ehtiyatlarının idarə edilməsi üzrə ixtisaslaşmış Baş Elmi İşçi Həcər Hüseynova öz növbəsində “COP Danışıqları”, “Milli Müəyyən edilmiş Töhfələr”, “Milli Uyğunlaşma Planları” sessiyalarında çıxış edərək jurnalistlərlə geniş fikir mübadiləsi aparıb.

 


OXŞAR XƏBƏRLƏR

Xalqlarımız arasında dərin hörmət və münasibətlər var - Lukaşenko

Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var.   Sfera.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Al...

Ankara-Bakı-Tiflis əməkdaşlığı çox vacibdir - Kobaxidze

Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir.   Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ankarada Tü...

Azərbaycan və Ermənistan arasında sülh sazişi tarixi fürsətdir - ƏRDOĞAN

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib ...

Yaşa görə əmək pensiyası necə təyin olunur?

Yaşa görə əmək pensiyası necə təyin olunur?   Sfera.az bildirir ki,  "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyasının bir n...

Qətlə yetirilən Könül sonuncu dəfə kiminlə danışıb? - YENİ DETALLAR / VİDEO

“Könül Ağayeva təhsil aldığı müddət ərazində dərslərdə müntəzəm iştirak edib”.   Sfera.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıq...

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir.    Sfera.az xəbər verir ki, mayın 28-i həftənin 2-ci gü...