Şeron Stouna qarşı 35 min dollarlıq təzminat davası

Şeron Stouna qarşı 35 min dollarlıq təzminat davası

Şeron Stoun 2023-cü ildə baş vermiş qəzada vurduğu ziyana görə məhkəməyə verilir.

 

Sfera.az bildirir ki, 66 yaşlı aktrisa avtomobili yüksək sürətlə idarə etməkdə, onun başqa avtomobilə çırpılması və qadının xəsarət alması ilə nəticələnən təhlükəli manevrlər etməkdə ittiham olunur. Bununla əlaqədar, zərərçəkmiş Amanda Godepski Los-Anceles Ali Məhkəməsində əmlaka və sağlamlığa dəymiş ziyana görə iddia qaldırıb. O, zərərin 35.000 dolları keçdiyini iddia edir və bu məbləğdə zərərin ödənilməsini istəyir.

 

Aktrisa avtomobili yüksək sürətlə idarə etməkdə və təhlükəli manevr etməkdə ittiham olunur. Məhkəmə sənədlərinə görə, qəza 2023-cü il iyunun 30-da Los-Ancelesdə baş verib. Aktrisa Kaliforniyanın avtomobil haqqında 3 qanununu, o cümlədən təhlükəli dönmə və zolaqları dəyişmək qaydalarını pozub. İddiaçı həmçinin Hollivud ulduzunun törətdiyi iddia edilən qəzaya görə külli miqdarda tibbi xərclər çəkdiyini və həmçinin emosional iztirablar yaşadığını bildirib.


Məhkəmə sənədləri də, Stounun hərəkətləri yol şəraiti üçün çox sürətlə sürmək, təhlükəli dönmə etmək və zolaqları təhlükəli şəkildə dəyişmək də daxil olmaqla ən azı üç Kaliforniya avtomobil kodunu pozduğunu iddia edir.

 

Qeyd edək ki, bu, Şeron Stounun ilk məhkəməyə verilməsi halı deyil. 2012-ci ildə aktrisa əmək qanunlarını pozduğuna və etnik mənsubiyyət haqqında aşağılayıcı fikirlər səsləndirdiyinə görə keçmiş dayəsi tərəfindən məhkəməyə verilmişdi.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ruben Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNDİ

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan barəsində seçilmiş həbsqətimkan tədbirinin müddəti uzadılıb.   Sfera....

Bu il Azərbaycan 7 milyon tona yaxın neft İXRAC ETDİ

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyon 928 min 455,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və ...

Azərbaycanın Belarusla nəqliyyat və daşımalar sahəsində əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

Azərbaycanın Belarusla dəmiryolu, avtomobil və hava nəqliyyatı ilə daşımalar sahəsində əməkdaşlığı müzakirə edilib.   Sfera.az-ın xəbərinə görə, bu b...

Bu hal dolları UCUZLAŞDIRIR

ABŞ-də aprel ayında inflyasiya sürətinin bir qədər zəifləməsi dolların məzənnəsinə və qızılın qiymətinə təsir edib.  Sfera.az xəbər verir ki, dünyada ...

Mütaliəyə olan maraq niyə azalıb? - AÇIQLAMA

Mütaliənin insanın formalaşmasında, beyinin, yaddaşın inkişafında əvəzsiz rolu haqqında ətraflı dəlillər, məntiqli fikirlər var. Amma mütaliə mədəniyyətinə, ənə...

Təhlükəli virus yayılır: 40 nəfər YOLUXUB - Siçanlardan...

İspaniyada ilk dəfə insanlarda siçovul hepatiti olaraq adlandırılan Hepatit E-yə yoluxma halı qeydə alınıb. Sfera.az xəbər verir ki, bu barədə "E...