\"Rusiyanın məqsədi bizi məhv etməkdir\" - Volodimir Zelenski 

\

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour” telekanalına müsahibəsində ölkəsinin Rusiya ilə danışıqlara hazır olduğunu deyib.

 

“Amma Rusiya sülh istəmir. Qarşı tərəfin məqsədi bizi məhv etməkdir. Moskva müharibənin başa çatması üçün danışıqlar aparmaq niyyətində deyil”.

 

Zelenskinin sözlərinə görə, bu il iyun ayının ortalarında İsveçrədə Sülh Sammiti olacaq:

 

“Müharibəyə son qoymaq üçün plan hazırlanacaq. Bu sammit Rusiyasız keçiriləcək. Çünki Rusiya planlara mane ola bilər”.

 

İki ölkə arasında sülh gözlənilirmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, müharibə iştirakçısı olan dövlət liderlərinin "biz danışıqlara hazırıq" tipli bəyanatları artıq adi hala çevrilib. Müsahibimizin fikrincə, adətən dövlət və hökumət başçıları belə açıqlamalarla özlərini beynəlxalq ictimaiyyətə yaxşı təqdim etməyə çalışırlar:

 

“Bəlkə də Rusiya və Ukrayna çoxdan razılığa gələ bilərdilər, çünki hər ikisi yorulub. Cəbhədə faktiki olaraq mövqe döyüşləri gedir. Nəzərə almaq lazımdır ki, ötən müddət ərzində tərəflərin mövqeləri bir neçə dəfə yaxınlaşıb. Amma iş orasındadır ki, Qərb öz maraqları təmin olunmadan müharibənin bitməsini istəmir. Bu maraqlar isə son nəticədə Qərbin Şərqi Avropadakı mövqelərinin möhkəmlənməsi ilə bağlıdır. Doğrudur, çox böyük ehtimalla, Ukraynadakı müharibə ilə bağlı ABŞ və Aİ arasında artıq fikir ayrılığı yaranıb. Buna baxmayaraq, regiondakı təsir imkanlarının artırılması onların ikisinin də marağındadır”.

 

Ekspert bildirib ki, bu gün ABŞ Ukraynaya yardımı dayandırsa da, Aİ hələ də Kiyevə yardım ayırır:

 

“Bu isə birbaşa olaraq müharibənin uzanmasına şərait yaradır. Çünki Aİ ayırdığı dəstəklə Kiyevi döyüşləri davam etdirməyə sövq edir. Moskva isə adekvat cavablar verir. Əgər Ukrayna döyüşləri davam etdirməkdən imtina edərsə, Qərbin dəstəyinin daha da azalması təhlükəsi ilə üzləşə bilər. Bu isə o deməkdir ki, Ukrayna faktiki olaraq Qərbin girovuna çevrilib. Beləliklə, Ukraynada danışıqlara mane olan güc əslində Qərbdir. Məhz ABŞ və Aİ- nin şəxsi ambisiyaları regiona sülhün qarşısını alır. Eyni zamanda daha böyük fəlakəti yaxınlaşdırır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qız övladı dünyaya gətirmək ümidi ilə 15 il hamilə oldu - FOTO

Texaslı (ABŞ) Yalansiya Rosario ard-arda on oğul dünyaya gətirib. O, yalnız çoxdan həsrətində olduğu qızını dünyaya gətirdikdən sonra dayanıb. Qadın şad xəbəri ...

Leopardla fotoqrafın bu görüntüləri viral oldu - FOTOLAR

Təbiətdəki bir ağacın altında yuxuya getmiş vəhşi təbiət fotoqrafı az sonra yumşaq bir dürtmə ilə yuxudan oyanıb. Gözlərini açanda yanında bir leopard görüb. On...

Fransada bir kitabxanada ölümcül tarixi kitablar aşkarlandı - FOTO

Fransa Milli Kitabxanası  (Bibliotheque Nationale de France) öz rəflərindən üz qabığı çox zəhərli arsenlə işlənmiş dörd kitabı yığışdırıb. Kitablar 19-cu ə...

CHP-nin prezidentliyə namizədi evində ölü tapıldı

Türkiyədə 31 Mart bələdiyyə seçkilərində Sur bələdiyyə başçılığına namizəd olmuş Abdülkadir Bədirin yaxınları onu evində ölü tapıblar. Sfera.az türk medias...

Dünyada yeni virus yayılır - VİDEO

Dünyada yeni virus yayılır.   Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Ceremi Farrar bildirib ki, bu virus ördəklər və toyuqlarda rast gəl...

Şeron Stouna qarşı 35 min dollarlıq təzminat davası

Şeron Stoun 2023-cü ildə baş vermiş qəzada vurduğu ziyana görə məhkəməyə verilir.   Sfera.az bildirir ki, 66 yaşlı aktrisa avtomobili yüksək sürətlə ...