Dövlət başçısı: "Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb"
Siyasət
15:00 / 16.04.2024
3315
Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır.
Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.
Dövlət başçısı bildirib: “Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur”.