Finlandiya prezidenti NATO-nu Rusiya ilə münaqişəyə hazırlaşmağa ÇAĞIRDI 

Finlandiya prezidenti NATO-nu Rusiya ilə münaqişəyə hazırlaşmağa ÇAĞIRDI 

Finlandiya Prezidenti Aleksandr Stubb NATO-nu Rusiya ilə mümkün münaqişəyə hazırlaşmağa çağırıb.


Sfera.az bildirir ki, o, bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.

 

Ölkə başçısı qeyd edib ki, NATO ölkələrinin liderləri öz ordularını potensial münaqişəyə hazırlamalıdırlar: “Hesab edirəm ki, son vaxtlar Rusiyaya qarşı təhdidlərlə bağlı ictimai xəbərdarlıqlar Avropa dövlətlərinin diqqətini Kiyevə kömək etməkdən və onların ordusuna təlim keçməkdən yayındırır”.


Bununla belə, Finlandiya prezidenti Rusiyanın 2030-cu ilə qədər müttəfiq dövlətlərdən biri ilə münaqişəyə başlayacağına inanmadığını vurğulayıb.


“Rusiyanın Alyansın 5-ci maddəsini sınaqdan keçirəcəyi və növbəti sırada Avropanın olacağı ilə bağlı səsləndirilən fikirlər məni bir az narahat edir. Düşünürəm ki, biz buna hazırlaşmalıyıq, amma bu, çox az ehtimaldır. Digər tərəfdən Avropa ölkələri bundan qaçmaq üçün ən pis ssenariyə də hazırlıqlı olmalıdır.  Biz həm də nəyin bahasına olursa olsun, Kiyevi dəstəkləməliyik”.


Qeyd edək ki, bundan əvvəl Finlandiyanın xarici işlər naziri Elina Valtonen gələcəkdə Ukraynaya Qərb qoşunlarının göndərilməsini istisna etmədiyini, lakin hazırda belə bir ehtiyacın olmadığını deyib. 


Günay


OXŞAR XƏBƏRLƏR