"Paşinyan da artıq Koçaryan və Sarkisyan qədər ölkəmiz və region üçün ciddi təhlükədir" - Fəzail Ağamalı

“ABŞ, Avropa İttifaqı və Ermənistan tərəfindən uzun müddətdir ki, hazırlanan və bu gün keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş mahiyyətcə regionda sülhün yaranmasına xidmət etmir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı deyib.
“Bu görüş faşist ölkəsinin Azərbaycana, sülhün bütövlükdə regionda əməkdaşlığın yaranmasına qarşı yönələn, revanşist Ermənistanın pozucu mövqeyini stimullaşdıran və gücləndirən, onun sürətlə silahlanlanmasına hüquqi siyasi əsaslar yaradan avantürist addımdır.Bu tip görüşlərlə Qərbdən, Hindistandan, İrandan güzəştli şərtlərlə müasir hücum silahları almaqda israrlı olan Paşinyan artıq ruhunda yaşatdığı qisasçılıq və revanşist mövqeyini açıq şəkildə nümayiş etdirərək, Azərbaycana qarşı ərazi iddiaların həyata keçirəcəyinə dair şübhə yeri qoymur.Hüquqi normativ Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etmək, regionda sülhə və əməkdaşlığa töhfə vermək əvəzinə, Qərbin güc mərkəzlərinin yaratdığı Paşinyan komandası artıq Koçaryan və Sarkisyan qədər ölkəmiz, həm də region üçün ciddi təhlükə yaratmaqdadır”.
Millət vəkilinin sözlərinə görə, dörd ildir ki, Azərbaycanın, Türkiyənin regionda əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına xidmət edən sülh niyyətlərini bloklayan Ermənistan təcavüzkar məqsədlərini açıq və gizli şəkildə davam etdirir:
“Ermənistan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edildikdən sonra Qərbin fort-postuna çevrilməyini, milli mentalitetindən irəli gələn kölə xarakterini və faşist düşüncələrini bütün gücü ilə ortaya qoymaqda və regionda olduqca təhlükəli vəziyyət yaratmaqdadır.
O, işğal altında qalan səkkiz kəndimizi qaytarmaq əvəzinə, bütün şərti sərhəd boyu sınıq-salxaq qoşun və hərbi texnika cəmləşdirərək təxribatlar törətməkdədir. Belə bir ölkə ilə qonşuluq şəraitində dinc yaşamaq mümkünsüz görünür.
Nə qədər ki, uşağından, qadınından kişisinə, iqtidarından-müxalifətinə qədər Türkün qanına susayan bu vandal ölkə var, biz barmağımızı tətikdən çəkməməli, Ermənistanın təxribatçı və işğalçılıq niyyətlərinə və hərəkətlərinə son və həlledici zərbəni vurmaq üçün hər an hazır olmalıyıq”.
Firuzə Əliyeva