Logo

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Ərdoğan Azərbaycan xalqını təbrik etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir".

Sfera.az "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin dəvətini qəbul edərək Zəfər Günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Şuşaya etdiyimiz səfəri tamamladıq. Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü səbəbilə bir daha sizlərin hüzurunda təbrik edirəm. Bununla yanaşı, qeyd edəcəkləri Dövlət Bayrağı Günü səbəbilə də can Azərbaycanı təbrik edirəm. Xatırlayacaqsınız, ötən il Zəfər Gününün beşinci ildönümü ilə bağlı Bakıda təşkil olunan parada da qatılmışdıq. Bu gün də Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik. Birlik və bərabərlik mesajlarımızı qüvvətli şəkildə verdik. Xocalı qətliamı şəhidlərimizi rəhmətlə andıq, Xankəndini ziyarət etdik. Qəhrəmanlarımızın ruhunu, inşallah, şad elədik", - deyə Ərdoğan bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR