Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Kateqoriya məlum deyil
Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.
Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib.
Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.
Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunub.






