Türkiyədəki seçkilərdən sonra GÖZLƏNTİLƏR: “Ərdoğan dəyişiklik edə bilər” - İDDİA

Türkiyədəki seçkilərdən sonra GÖZLƏNTİLƏR: “Ərdoğan dəyişiklik edə bilər” - İDDİA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) kabinetində və rəhbərliyində bir sıra dəyişikliklər edə bilər.

 

Sfera.az bildirir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan çərşənbə axşamı Ak Partiya rəhbərliyi ilə görüş keçirib. Türkiyə lideri partiyanın yerlərdə yol verdiyi nöqsanlara görə bələdiyyə seçkilərində istədiyi nəticənin olmamasını və bu nəticələrlə bağlı təhlillər aparacağını bildirib.

 

“Bundan başqa, o, partiyanın qərargahı və Nazirlər Kabineti ilə bağlı dəyişikliklərin də gecikmədən baş verməli olduğunu deyib. Bəzi köhnəlmiş nazir və sədr müavinlərinin dəyişdiriləcəyi gözlənilir. Əgər bu dəyişikliklər vaxtında edilməsə, bu dəfə gözləntilər məyusluğa çevrilə bilər”, - nəşr əlavə edib.

 

Qeyd edək ki, martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, müxalif Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasını ötüb.

 

Günay


OXŞAR XƏBƏRLƏR