Millət vəkili Brüsseldəki görüş barədə: "Heç bir iqtisadi yardım siyasi məqsəd daşımadan edilmir"

Siyasət
12:56 / 05.04.2024
4457
“İlk dəfə olaraq Şimali Kipr ilə işçi qrupu yaradılır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Musa Qasımlı deyib.
“Bununla da Azərbaycan digər türk dövlətlərinə örnəkdir. Beləliklə Azərbaycan Şimali Kiprin qorunmasında öndərlik edəcək”, - millət vəkili qeyd edib.
M.Qasımlı bildirib ki, bugünkü 3 tərəfli görüşü təhlil edərkən çox primitiv yanaşmaya ehtiyac yoxdur:
“Əgər onlar deyirsə ki, sadəcə iqtisadi yardım olacaq, mən bir şey xatırlatmaq istəyirəm. Heç bir iqtisadi yardım siyasi məqsəd daşımadan edilmir. Bu görüşün 10 illər sonra bizə çox təhdidlər yaradacağını indidən görməli və qarşısını almalıyıq”.
Firuzə Əliyeva