Deputatdan Aprel şəhidləri ilə bağlı TƏKLİF: \"Bakıda...\"

Deputatdan Aprel şəhidləri ilə bağlı TƏKLİF: \

“Azərbaycanın müasir hərb tarixinin ən önəmli və həlledici döyüşlərindən bir olan şanlı Aprel zəfərindən 8 il ötür”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. 

 

“Həmin tarixdə Ali Baş Komandan ilham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Cocuq Mərcanlı kəndini, Lələ təpə yüksəkliyini ,Talış kəndi ətrafında yüksəklikləri, Goranboyun Gülüstan kəndini işğaldan azad etdi. Aprel döyüşləri 2020-ci ildə qələbəyə gedən yolun, zəfərə inamın başlanğıcı idi. Məhz həmin günlərdə 2020-ci ildə əldə etdiyimiz zəfərin əsası qoyuldu. Güclü Ermənistan ordusu mifini Azərbaycan ordusu darmadağın etdi, bizə işğalla barışın, siz müharibə edə bilməzsiniz deyənlərə layiqli cavab verdi. Hesab edirəm bu gün Ermənistan, Amerika Birləşmiş Ştatları, Avropa Komissiyasının görüşünə də bu prizmadan baxmalıyıq: Azərbaycanın yaratdığı reallığı qəbul etməmək, bölgədə geosiyasi vəziyyəti dəyişmək.

 

Yeri gəlmişkən İranın da bu məsələyə susqun münasibəti ciddi suallar doğurur. Sanki bu məsələ İranla da razılaşdırılıb. Çünki xeyli vaxtdır Fransa, Ermənistan və İran arasında bu və ya digər məsələlər ətrafında geniş müzakirələr aparılmaqdadır. Eyni zamanda Aprel döyüşləri Azərbaycan xalqının işğalla barışmayacağını bir daha bütün dünyaya nümayiş etdirdi. Sonrakı dövrdə Ermənistan ordusu həmin ərazilərə geri qaytarmağa çalışsa da Azərbaycan ordusu buna imkan vermədi. Aprel döyüşləri xalqımızda qələbəyə olan inamı daha da artdırdı. Dövlətimizin torpaqlarımızın azad olunması üçün səylə çalışdığını bir daha göstərdi. Zəfərdən sonra Cocuq Mərcanlı kəndi qısa vaxtda bərpa olunaraq əhalinin ora köçürülməsi təmin olundu. Burada yeni məktəb, klub, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri məscid inşa olundu. Aprel döyüşlərinin əhəmiyyəti nəzərə alınaraq Aprel döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda abidənin qoyulmasını, Cocuq Mərcanlıda inşa olunan muzeyin fəaliyyətə başlaması üçün addımların atılmasını təklif edirəm. Təəssüflə qeyd etmək lazımdır ki, bir neçə ildir, qəsəbədə muzey inşa olunmasına baxmayaraq, hələ də fəaliyyətə başlamayıb”, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...