"Ermənistan Azərbaycan sərhədinə hərbi texnika yığır, Tehran niyə susur?" - Deputat İranı TƏNQİD ETDİ

“Son günlər Ermənistanın Azərbaycan sərhədində hərbi texnikalarını qurması Azərbaycanı narahat edir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.
“Bu təxribat və separatçılığın qarşısı alınacaq. Məni narahat edən İranın susqunluğudur. İran niyə susur? 44 günlük Vətən müharibəsində İran bəyanatlar verir, Ermənistanın müdafiəsi ilə əlaqədar qastronom açırdı. İran bu məsələlərdə bir cavab verməlidir. Qeyd edirdi ki, arabalarımız Azərbaycana getməlidir. Hanı bəs? Başa düşmür ki, o silahlar oraya Azərbaycan üçün yox, İran üçün yığılır. Durub deyir ki, İsrail səfirliyini bombalamalıyıq. İsrail səfirliyi çox yerdə var, gözünüz elə Azərbaycanı görür. Edə bilirsən, get Amerikada İsrail səfirliyini bombala. Biz nəsə etməyə çalışdıqca onlar o yana gedir”.
Firuzə Əliyeva