“Brüsseldəki görüşdə ABŞ və Aİ Prezidentin dediklərini nəzərə almalıdır” - Deputat

“Brüsseldəki görüşdə ABŞ və Aİ tərəfləri Prezident İlham Əliyevin dediklərini nəzərə almalıdır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elman Nəsirov deyib.
“Bu gün- 5 apreldə Brüsseldə ABŞ, Aİ və Ermənistanın 3 tərəfli görüşü keçiriləcək. Görüşün regiondakı münasibətlərə təsirinin olacağı görünür. ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdi. Bu da prezident İlham Əliyevə olan hörməti göstərir. İlham Əliyev qəti şəkildə bildirdi ki, bizi narahat edən Ermənistana hərbi dəstək, və bunun üçün maliyyə dəstəyi verilməsidir. Çünki bu, regiona sülh gətirməyəcək. Ümid edirəm ki, onlar İlham Əliyevin dediklərini nəzərə alacaqlar“,-o, qeyd edib.
Firuzə Əliyeva