Blinken-Əliyev DANIŞIĞI: “Təkcə buna görə zəng etməmişdi, məqsədinə çatmadı..” 

Blinken-Əliyev DANIŞIĞI: “Təkcə buna görə zəng etməmişdi, məqsədinə çatmadı..” 

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət katibi Antoni Blinkenlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Sahib Alıyev deyib ki, sözügedən danışıqda xəbərdarlıq notlarını sezməmək mümkünsüzdür:

 

“Prezident İlham Əliyev qarşı tərəfə “Üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa sülh mexanizmi xətti və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması” haqda məsələlərdən danışılmasından xəbərdar olduğunu bildirib. Bu o deməkdir ki, rəsmi Bakı sözügedən görüşün guya bizim əleyhimizə yönəlmədiyini deyənlərlə nəinki razılaşmır, onları saxtakarlıqda günahlandırır. Özü də bu, birbaşa üzlərinə deyilməklə edilir”.

 

S.Alıyev qeyd edib ki, Blinken təkcə 5 aprel görüşünün Azərbaycanın əleyhinə olmadığını demək üçün zəng etməyib:

 

“Ermənistana dəstək niyyətli digər məsələlər də var idi. Fikrimcə, burada da o, öz məqsədinə çatmadı. Dövlətimiz həmən görüş təxirə salınmadığı təqdirdə, sərhədləri boyunca baş verənləri, mövqelərimizin atəş altında saxlanmasını görməzdən gəlməyəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşdi

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriliən iclasında müzakirə edilmi...

Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşdi

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyə...

Büdcə qaydası dəyişdi

Büdcə qaydası dəyişir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Büdcə sistemi haqqında&rd...

Bu hallarda bələdiyyələrə torpaq sahəsi veriləcək

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən icl...

Tikintiyə icazələrlə bağlı YENİLİK

Tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr edilir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olu...

Bu binalarının tikintisi üçün yeni qaydalar müəyyənləşdirilir

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşa...