Logo

"Vətən müharibəsindən sonrakı dövrdə 350 nəfər mina qurbanı olub" - ANAMA

"Vətən müharibəsindən sonrakı dövrdə 350 nəfər mina qurbanı olub" - ANAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vətən müharibəsindən sonra 350 nəfər minaya düşüb, onlardan 65-i həlak olub.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Minatamizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mina hadisələrinin dinamikası azalma üzrə gedir: "Mina qurbanlarının 70 faizdən çoxu mülki şəxslərdir. Onların arasında bütün yaş kateqoriyalarından insanlar var".

V.Süleymanov bildirib ki, ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir:

"Həmin şəxslərdən 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadındır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR