Pərviz Şahbazov Yevgeni Jukov ilə GÖRÜŞDÜ - FOTO - YENİLƏNDİ

Pərviz Şahbazov Yevgeni Jukov ilə GÖRÜŞDÜ - FOTO - YENİLƏNDİ

Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında bərpa olunan enerjidən geniş istifadəni və enerji səmərəliliyinə nail olunmasını hədəfləyən yeni mərhələdə tərəfdaşlıq imkanları müzakirə edilib.

 

Sfera.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr energetika naziri Pərviz Şahbazov ilə ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin baş direktoru Yevgeni Jukovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

 

Görüşdə enerji sahəsində uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.

 

Azərbaycanın “yaşıl enerji zona”larının və “yaşıl enerji dəhliz”lərinin yaradılması ilə bağlı təşəbbüs və layihələri, elektrik enerjisinin istehsalında bərpa olunan enerjinin payının artırılması məqsədilə 2027-ci ilədək 9 stansiyanın istismara verilməsi planları, şəbəkənin gücləndirilməsi, dənizdə külək enerjisindən istifadə, eləcə də enerji səmərəlilyi üzrə “Enerji Səmərəliliyi Fondu”nunun yaradılmasının nümunəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

 

Sadalanan istiqamətlər, o cümlədən “yaşıl hidrogen”, Naxçıvanda damüstü günəş panellərinin quraşdırılması, həmçinin istilik təchizatının karbonsuzlaşdırılması və bu sahədə islahatlara dəstək üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində AİB ilə Böyükşor gölündə həyata keçirilən 100 kVt-a qədər gücə malik fotovoltaik sistemin COP29 tədbiri ərəfəsində istismara verilməsinin vacibliyi qeyd olunub.

 

Görüşdə, həmçinin COP29 çərçivəsində fəaliyyətə, AİB-in karbon bazarının inkişafına və iqlim dəyişikliyinə uyğunlaşma prosesinə dəstək təklifləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə müvafiq addımların atılması məqsədilə tədbirlərin keçirilməsi razılaşdırılıb.

 

***

 

14:41

 

Azərbaycan Asiya İnkisaf Bankı (ADB) ilə ”yaşıl enerji” gündəliyinin prioritet istiqamətlərini müzakirə edib.

 

Sfera.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

 

Nazir Bakıda səfərdə olan ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin baş direktoru Yevgeni Jukov ilə görüşüb. O qeyd edib ki, enerji sahəsində tərəfdaşlıq əlaqələrini genişləndirən potensial əməkdaşlıq perspektivlərini müzakirə edib.

 

“COP29 çərçivəsində fəaliyyətə, ADB-nin karbon bazarının inkişafına və iqlim dəyişikliyinə uyğunlaşma prosesinə, eləcə də islahatlara və layihələrə dəstək təkliflərini nəzərdən keçirdik”, - P. Şahbazov qeyd edib.


OXŞAR XƏBƏRLƏR

"Attestatında “əla” qiymətləri olan minlərlə abituriyent aşağı bal yığıb"

“Attestatında “əla” qiymətləri olan minlərlə abituriyent qəbul imtahanından 40 baldan aşağı nəticə əldə edib”.   Sfera.az xəb...

“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verilir

Azərbaycan Könüllülər İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl yoll...

Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ - Partlayış olacaq

Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.   Bu barədə Sfera.az-a Müdafiə Nazirl...

"Rus və Azərbaycan bölmələri üzrə eyni sayda plan yeri ayrılıb" - Məleykə Abbaszadə

“Rus və Azərbaycan bölmələri üzrə dövlət sifarişi ilə ayrılan yerlərin sayı eyni səviyyədədir”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İm...

Pulsuz ali təhsil alacaq şəxslərin sayı açıqlandı

“Ali məktəblərə qəbul olanların 46,69-u dövlət hesabına təhsil almaq imkanı əldə edəcək”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmt...

Ötən il ən çox qəbul BDU-ya olub

“Ali təhsil müəssisələrinə qəbul planları məlum olub”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə,...