Ərdoğandan terrorla bağlı SƏRT MESAJ: “Həm Türkiyədə, həm də regionda...” 

Ərdoğandan terrorla bağlı SƏRT MESAJ: “Həm Türkiyədə, həm də regionda...” 

“Türkiyə həm öz ərazisində, həm də qonşu regionda terrora tamamilə son qoymaq niyyətindədir.”

 

Sfera.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, bütün terror təşkilatları ölkənin düşmənidir:

 

“Biz hökumət və dövlət olaraq terrora qarşı çox səmərəli və uğurlu mübarizə aparmışıq və aparırıq. Həm sərhədlərimiz daxilində, həm də onun hüdudlarından kənarda terroru məhv etmək strategiyamızın bəhrəsini alırıq. Fasiləsiz əməliyyatlarımız sayəsində separatçı terror təşkilatını məhv olmaq həddinə çatdırdıq. Suriya və İraqdakı əməliyyatlarımızla DEAŞ və PKK/YPG terror təşkilatlarını sərhədlərimizdən çıxardıq”.

 

Ərdoğan qeyd edib ki, atılan bu müsbət addımların qətiyyətlə davam etdirilməsinə ümid edir:

 

“Türkiyənin və bölgənin gələcəyində terrora yer olmadığını dost-düşmən - hər kəsə göstərməkdə qərarlıyıq”.

 

Türkiyə Prezidenti daha əvvəl bəyan etmişdi ki, yayda İraqla bütün sərhəd xətti nəzarətə götürüləcək və Suriyada terrorla mübarizə sahəsində işlər başa çatdırılacaq. O, Türkiyə sərhədləri yaxınlığında terror dövlətinin yaradılmasına icazə verməyəcəyini də vurğulamışdı.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Abşeronda "Qüdrətli dövrün başlanğıcı” mövzusunda tədbir keçirilib

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 56-cı illiyi qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçı...

Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqladı

Unibank 2025-ci ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Ümumilikdə birinci yarım il ərzində ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağds...

31 yaşlı şəxsi tok vurub öldürdü

Ağdərədə 31 yaşlı şəxs elektrik cərəyan vurması nəticəsində ölüb.   Sfera.az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Kəlbəcər rayon sakinini kənd ə...

Bəqai: "İran buna reaksiya verəcək"

BMT sanksiyaları bərpa olunarsa, İran reaksiya verəcək.   Sfera.az “Alarabia”ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliy...

Paşinyan, fon der Lyayen və Koştanın Brüsseldə üçtərəfli görüşü başladı

Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ara...

Rusiyada beş nəfərin olduğu Mi-8 helikopteri radarlardan itdi

Rusiyanın şərqində göyərtəsində üç ekipaj üzvü və iki texniki heyətin olduğu Mi-8 helikopteri radarlardan itib.   Sfera.az-ın məlumatına görə, b...