ABŞ rəsmisi İrəvan, Tbilisi və Bakıda OLDU: Nələr müzakirə edildi?

ABŞ rəsmisi İrəvan, Tbilisi və Bakıda OLDU: Nələr müzakirə edildi?

ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi Abraham Paley Cənubi Qafqaz ölkələrinə səfər edib.

 

Sfera.az bildirir ki, amerikalı diplomat əvvəlcə Ermənistana, daha sonra Gürcüstana və Azərbaycana səfər edib. O, “X” sosial şəbəkəsində səfərinin nəticələrindən danışıb.

 

Belə ki, İrəvan və Tbilisiyə səfərindən sonra A.Paley bunları qeyd edib:

 

“İrana qarşı sanksiyalara əməl olunması və İran rejiminin sabitliyi pozan davranış probleminin həlli istiqamətində davam edən səyləri müzakirə etmək üçün yüksək vəzifəli rəsmilər və özəl sektorun nümayəndələri ilə görüşdüm. Birləşmiş Ştatlar regiona müsbət baxışı təşviq etmək üçün tərəfdaşları ilə işləməyə sadiqdir”.

 

Diplomat Bakı səfəri zamanı isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə görüşüb.

 

Görüşlərdə İran, sanksiyaların tətbiqi və regionla bağlı müzakirələr aparılıb.

 

Abraham Paley Bakıda keçirilən görüşləri “səmərəli müzakirələr” adlandırıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR