Azərbaycan və Rumıniya arasında sənədlər İMZALANDI - FOTO

Azərbaycan və Rumıniya arasında sənədlər İMZALANDI - FOTO
Kateqoriya məlum deyil
T

Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

 

Sfera.az xəbər verir ki, sənədi komissiyanın həmsədrləri - əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja imzalayıb.

 

Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin Sədri-Dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR