Səfir: "Azərbaycanda Ukrayna abidələrinə hörmət göstərilir" - FOTO

Səfir:

Ukrayna səfiri Vladislav Kanevski Azərbaycanda Ukrayna abidələrinə hörmət göstərildiyini söyləyib.

 

Sfera.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.

 

Diplomat Azərbaycanın şimal-qərb bölgəsinə səfəri zamanı müzakirə etdiyi məsələləri də açıqlayıb: "Ukraynanın Azərbaycanda mövcudluğunun coğrafiyasının genişləndirilməsi, Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının praktiki məzmunla zənginləşdirilməsi, Ukrayna diaspor təşkilatlarının fəaliyyəti üçün şəraitin yaradılması Zaqatala və Şəki rayonlarının icra hakimiyyətlərinin başçıları Mübariz Əhmədzadə və Elxan Usubov ilə söhbətin əsas mövzuları olub".

 

V.Kanevski Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində inkişafının əməkdaşlıq üçün gözəl potensial olduğunu bildirib: "Birləşmiş Azərbaycan Ukraynalıları İcmasının rəhbəri Tamilla Musayeva ilə birgə ölkənin şimal-qərb bölgəsinə həyata keçirdiyim işgüzar səfərim Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində inkişafının və ölkənin Ukrayna abidələrinə hörmət göstərilməsinin bu kimi əməkdaşlıq üçün gözəl potensial olduğunu təsdiqlədi".


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu VERİLDİ - FOTO

“Bilirsiniz ki, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Be...

“Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi əsas məkandır” – Deputat

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca...

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət etdi - VİDEO 

Xalq artisti Tünzalə Ağayeva Xalq şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun ev-muzeyini ziyarət edib.   Sfera.az xəbər verir ki, pop ulduz bunun...

Latviya Ukraynaya humanitar yardım GÖNDƏRDİ

Latviya Ukraynaya növbəti humanitar yardım göndərib.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.   Bildirilib ki, ya...

Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO

Xalq artisti Flora Kərimova "İnternational Medical Centre" klinikası və plastik-cərrah Sevinc Heydərovanı yenidən məhkəməyə verib.   Sfera....

Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”

  “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində keçirilən b...