“Ermənistanın bu müsahibəsi onların planlarını ifşa etdi” - AÇIQLAMA 

“Ermənistanın bu müsahibəsi onların planlarını ifşa etdi” - AÇIQLAMA 

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyanın 5 aprel Brüssel görüşü barədə müsahibəsi Ermənistan diplomatiyasının iç üzünü açdı. Ermənistan XİN Brüsseldə planlaşdırılan 5 aprel Blinken- Paşinyan - Ursula Lyayen məşvərətinin Qafqazda sülh perspektivlərinə qarşı çevrildiyini ört-basdır etməyə başlayıb. Bu görüşün heç bir üçüncü ölkəyə qarşı çevrilmədiyi, Ermənistanın beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılmasına yönəldiyi iddia olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri siyasi şərhçi Aydın Quliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanla əlaqəli planlanan müzakirələr Azərbaycanın öz iştirakı olmadan aparılır və konkret müzakirə olunacaq məsələlər barədə öncədən məlumat verilmir:

 

“Müzakirə formatının hər 3 tərəfi - Ermənistan, ABŞ və Avropa birliyi hazırda Azərbaycanla bağlı ancaq neqativ planlar haqqında düşünürlər. Ermənistan XİN rəsmisi iddia edir ki, Azərbaycan 2022-ci ilin 6 oktyabrında Əliyev-Paşinyan- Makron və Mişelin iştirakı ilə keçirilən 4 tərəfli Praqa görüşündə Avropa Birliyinin müşahidə missiyasının öz ərazisində də fəaliyyət göstərməsinə razılıq verib və sonra razılaşmanı pozub. Onun bütün iddiaları yalandır. Həqiqət budur ki, Azərbaycan Prezidenti həmin görüşdə AB-nin monitorinq missiyasının yaradılmasına razılıq versə də, onun Azərbaycanın sərhəd ərazisində yox, Ermənistanın sərhəd ərazisində fəaliyyətinə razılıq verib. Həm də məhdud sayda olan müşahidəçilər 2 aylıq müddətdə fəaliyyət göstərməli idilər. Lakin razılaşmanı pozan Ermənistan oldu.Cəmi 3-4 ay sonra “Avropa Birliyinin Monitorinq Potensialı” deyilən rəsmi adı dəyişərək “Avropa Birliyinin Müşahidə Missiyası”na çevirdilər. 2 aylıq fəaliyyət müddəti 2 illiyə çevrildi. Müşahidəçi deyilənlərin sayı 209-a çatdırıldı və mülki missiya deyilən qrup əslində keçmiş kəşfiyyatçı fransız-alman zabitlərindən ibarət hərbsizləşdirilmiş dəstəyə çevrildi. Bütün bu faktların ortada olduğu vaxtda Azərbaycanı 6 oktyabr 2022-ci il tarixli razılaşmanı pozmaqda suçlamaq absurddur. Azərbaycan Prezidenti bu razılaşmaya da prinsipial yanaşıb”.

 

Aydın Quliyev qeyd edib ki, Ermənistan XİN rəsmisi ölkəsinin Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu deyir.

 

“Əgər son 3 ildə razılaşmalara, xüsusən 10 noyabr sənədindəki imzaya əks addımlar atılırsa, Ermənistan sülhə necə hazır sayıla bilər? Sülh məsələsində indiyə kimi heç bir təşəbbüsə ( pozucu təşəbbüslərdən başqa) imza atmayan Paşinyanın sülhə hazır olduğuna inanmaq çətin məsələdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu VERİLDİ - FOTO

“Bilirsiniz ki, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Be...

“Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi əsas məkandır” – Deputat

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca...

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət etdi - VİDEO 

Xalq artisti Tünzalə Ağayeva Xalq şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun ev-muzeyini ziyarət edib.   Sfera.az xəbər verir ki, pop ulduz bunun...

Latviya Ukraynaya humanitar yardım GÖNDƏRDİ

Latviya Ukraynaya növbəti humanitar yardım göndərib.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.   Bildirilib ki, ya...

Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO

Xalq artisti Flora Kərimova "İnternational Medical Centre" klinikası və plastik-cərrah Sevinc Heydərovanı yenidən məhkəməyə verib.   Sfera....

Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”

  “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində keçirilən b...