\"Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında görüş baş tutdu\" - Sahibə Qafarova

\

“22-26 mart tarixlərində İsveçrədə işgüzar səfərdə olduq”.


Sfera.az verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.


“Parlamentlərarası əlaqə, sülh üçün körpülər qurmaq adına müzakirələr aparıldı. Bildirdim ki, parlamentlər sülh və əminamanlıq üçün töhfələr verə bilər. Toplantıda qoşulmama hərəkatına Azərbaycanın sədrliyi dövründə atılan addımların hərəkatın inkişafı üçün vacibliyini qeyd etdim.

 

Konfransda iqlim dəyişikliyi ilə mübarizə mövzusu ətrafında müzakirələr aparıldı. Yekunda Cenevrə bəyənnaməsi qəbul edildi. Hər 3 toplantıda bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 tədbirindən danışıldı. Serbiya, Əlcəzair, Qazaxıstan parlamentlərinin sədrləri ilə ikili və çoxtərəfli görüşlər keçirildi, fikir mübadiləsi aparıldı. Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında görüş baş tutdu. Davam edən sülh danışıqları çərçivəsində hər iki tərəfin hansı formada sülhə töhfə verə biləcəyi barədə danışıldı”. 

 

Firuzə Əliyeva 


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyər...

Türkiyə şirkəti Ağdam Sənaye Parkında REZİDENT OLACAQ

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək.   ...

Məşhur aktyor Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Məşhur aktyor Taleh Yüzbəyov həyat yoldaşının alnını siqarətlə yandırıb.   Sfera.az xəbər verir ki, bu barədə onun xanımı, bloqer Xatirə Yüzbəyova mə...

Mastercard Bakıda ilin yekunlarına həsr olunan illik konfransını keçirdi

Mastercard şirkətin Türkiyə və Azərbaycan üzrə baş meneceri Avşar Gürdal, Türkiyə və Azərbaycan üzrə Konsultant vitse-prezidenti Mehmet Gülez və Azərbaycan üzrə...

Dünyanın ən hündürboylu müğənnisi vəfat etdi - FOTO

Braziliyalı müğənni Mariya Felisiana 77 yaşında vəfat edib.   Sfera.az xəbər verirki, , dünyanın ən hündürboylu müğənnisi kimi tanınıb. Mariyanın boy...

Sürücülərin diqqətinə: Cərimələnə bilərsiniz - VİDEO

Avtomobillərin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülər cərimələnə bilərlər.   Sürücülərin əksəriyyəti bu işıq siqnallarını qəza halın...