ABŞ-nin təşəbbüsü regionda gərginliyi artıracaq – Brüssel görüşünün təhlükəli tərəfi

ABŞ-nin təşəbbüsü regionda gərginliyi artıracaq – Brüssel görüşünün təhlükəli tərəfi

Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüşü planlaşdırılır. Görüşün Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edəcəyi ehtimal olunur.

 

Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu bildirib. Rəsmi İrəvan isə görüşün “üçüncü tərəfə qarşı olmadığını” deyib.

 

ABŞ, Ermənistan və AB görüşün Azərbaycana qarşı yönəlmədiyini desə də bu, Bakının narahatlığını aradan qaldırmır. Ümumiyyətlə, Vaşinqton və Brüssel başa düşməlidir ki, bu günə qədər etdikləri Bakı nəzərində onların etibarını sarsıdıb. Misal üçün, 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı. Bu məqsədlə son 3 il ərzində “Ermənilərin humanitar fəlakəti” bəhanəsilə Azərbaycan və şəxsən Prezident İ.Əliyevə qarşı təzyiq kampaniyası aparıldı.

 

Bundan başqa Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdıqları informasiya resurslarını gücləndirirdilər. Bütün bunlar nəticəsiz qaldığından indi açıq şəkildə hərbi planlar qurulur.

 

Məsələ ondadır ki, Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında keçiriləcək görüş hərbi paktın əldə edilmə riski daşıyır. Bu məqam və ümumilikdə risk faktoru Bakının maraqlarına ziddir.

 

Azərbaycan tərəfi dəfələrlə Avropa Birliyinin, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Rəsmi Bakı Ermənistan ilə sülh danışıqlarının davam etməsi etimad mühitinin yaranması, habelə prosesə təsir edə biləcək məqamlardan yayınılmasının tərəfdarıdır.

 

Hazırda iki ölkə arasında sülh istiqamətində mühüm addımlar atılır. 30 il ərzində olmayan və aparılmayan konstruktiv danışıqlar gedir. Bununla belə AB-nin regiona müdaxiləsi və danışıqlara zərər verəcək addımlar atması Bakını narahat edir.

 

Misal üçün, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca 40 nəfər mülki monitorinq ekspertindən ibarət qrupun yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunmuşdu. Lakin daha sonra həmin monitorinq Azərbaycanın razılığı olmadan AB-nin Ermənistandakı Missiyasına çevrildi.

 

Həmin missiya bu günə qədər ancaq anti-Azərbaycan təbliğatı aparıb. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur.

 

Bütün bunlar Bakını narahat etdiyi bir zamanda aprelin 5-də Brüsseldə AB-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi sülh prosesinə zərbə vura bilər. Tərəflərin maksimum dərəcədə qarşılıqlı etimada zərər vuracaq vasitələrdən yayınması lazım olduğu halda belə addımların atılması doğru deyil. Rəsmi Bakı göz görə-görə hərbi paktın əldə edilməsi ilə barışa bilməz.

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...