Moldova AŞPA-ya Azərbaycanla bağlı məktub ünvanladı

Moldova AŞPA-ya Azərbaycanla bağlı məktub ünvanladı

Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-ya məktub ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, Moldova nümayəndə heyətinin məktubunda AŞPA-nın bu ilin yanvar sessiyasında qəbul edilmiş qərardan sonra təşkilat ilə Azərbaycan arasında yaranmış uçurumun aradan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Respublikasının Milli Məclisinə birlikdə çalışmaq üçün çağırış ünvanlanıb.

 

Sənəddə digər üzv dövlətlər kimi, Azərbaycanın da AŞPA-dakı nümayəndə heyəti vasitəsilə təşkilatın dəyərlərinin və prinsiplərinin irəlilədilməsinə dəstək göstərdiyi qeyd edilib, habelə Avropada təhlükəsizliyə və sülhə mühüm çağırışların olduğu bir dövrdə bütün problemlərin AŞPA çərçivəsində parlamentlərarası dialoq vasitəsilə həllinin vacibliyi bildirilib.

 

Məktubda, həmçinin Azərbaycan nümayəndə heyətinin AŞPA-nın işində iştirak edə bilməməsinin nə təşkilata, nə də təşkilata üzv dövlətlərə uzunmüddətli fayda gətirmədiyi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...