"İranın bu siyasəti Azərbaycana qarşı davam edəcək" - POLİTOLOQ

"İran rejimi yaratdığı "Huseyniyyun" terror təşkilatı vasitəsilə Azərbaycanı şantaj edir".
 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
 

Ekspert bir çox terror aktının İran tərəfindən təşkil edildiyini iddia edib:


"İran SEPAH tərəfindən Azərbaycanın konstitusiya quruluşunu hədəfə alan, ölkə daxilində çaxnaşma, sui-qəsd hazırlanması üçün yaradılan "Huseyniyyun" təşkilatı fəaliyyətini praktiki olaraq davam etdirir. Lənkəran icra hakimiyyətinə qarşı planlaşdırılan sui-qəsd məhz İran dövləti tərəfindən yaradılan "Huseyniyyun" terror təşkilatı tərəfindən həyata keçirəcəkdi.

 

Bir neçə il bundan əvvəl, Gəncədə icra hakimiyyətinə qarşı sui-qəsd məhz bu terror təşkilatının işi idi".


O bildirib ki, İran rejimi Azərbaycanla əlaqələrini sözdə normallaşması istiqamətində açıqlamalar verməsinə baxmayaraq, ölkəmizə qarşı terror ve hibrid müharibədən geri çəkilmir:


"Bundan sonra da İran rejiminin bu siyasəti Azərbaycana qarşı davam edəcək. İranda sosial şəbəkələr üzərindən Azərbaycana qarşı informasiya təxribatları davam edir".


M.Əsədullazadənin fikrincə, İran məhz məzhəb ideologiyasından istifadə edərək Yaxın Şərqdə həyata keçirdiyi terror şəbəkəni Azərbaycanda da davam etdirməyə çalışır:


"Azərbaycan İrana qarşı Cənubi Azərbaycan məsələsini gündəmə gətirməli və Türkmənçay müqaviləsini tanımadığını rəsmən elan etməlidir. Tehran rejiminin Azərbaycanı hədəfə alan "Huseyniyyun" terror təşkilatının fəaliyyətinə son qoymasını tələb etməlidir".



Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...