HƏMAS Moskvadakı terror aktını PİSLƏDİ: "Bu qanlı hücumda..."

HƏMAS Moskvadakı terror aktını PİSLƏDİ:

HƏMAS Rusiyanın paytaxtı Moskvada 100-dən çox insanın ölümü ilə nəticələnən silahlı terror aktını pisləyib.

 

Sfera.az xəbər verir ki, hərəkat bununla bağlı yazılı açıqlama verib:

 

"Moskvada dinc sakinləri hədəf alan və onlarla insan itkisinə səbəb olan terror hücumunu ən sərt şəkildə qınayırıq. Rusiya rəhbərliyinə, xalqına və ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu qanlı hücumda həyatını itirənlərə və yaralananlara Allahdan şəfa diləyirik. Rus xalqı və bu faciədə həyatını itirənlərin ailələri ilə bu çətin günlərdə həmrəyik".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR