\"Peskov elanını edib, konsert salonuna hücum...\" - Politoloqdan AÇIQLAMA

10:57 / 23.03.2024
15436
"Moskvada konsert salonuna terror hücumundan əvvəl Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “Ukraynada xüsusi əməliyyat müharibəyə keçib” ifadəsini işlədib. Bu ifadə onsuz da yersiz idi, sadəcə Kreml “xüsusi əməliyyat” ifadəsini əhalisini qorxutmamaq və “qardaş” hesab etdiyi ölkəyə qarşı müharibə kəlməsindən istifadə etməmək üçün seçib".
Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.
"Peskov elanını edib. Kremlə yaxın rusiyalı şərhçilər konsert salonuna hücumu artıq Ukrayna ilə əlaqələndirməyə başlayıblar. Bu isə o deməkdir ki, bombalanan Ukrayna şəhərlərinin sayı artacaq".
Ülkər Abdurahmanlı