Əli Əsədov Rusiyanın Baş nazirinə başsağlığı verdi

Əli Əsədov Rusiyanın Baş nazirinə başsağlığı verdi
Kateqoriya məlum deyil
T

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə “Krokus siti holl”da törədilən terror aktı ilə bağlı başsağlığı verib.

 

Nazirlər Kabinetindən Sfera.az-a verilən məlumata görə, Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olması xəbərindən kədərləndiyini bildirib.

 

Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR