Paşinyan Makronla GÖRÜŞDÜ - Bu məsələlər müzakirə edildi

Kateqoriya məlum deyil
T
Nüvə enerjisi sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Sfera.az erməni mediasına istinadən xəbər verir ki, görüşdə Ermənistan və Fransa arasında siyasi dialoq vurğulanıb və çoxsahəli əməkdaşlığı daha da gücləndirmək əzmi dilə gətirilib. Danışıqlarda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara, Cənubi Qafqaz regionunda gedən proseslərə istinad edilib.
Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı və genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Əzizə






