Çin Tayvana hücuma HAZIRLAŞIR: Vaxt AÇIQLANDI

Çin öz hərbi və nüvə arsenalını rekord miqyasda genişləndirir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, məqalə müəllifləri qeyd ediblər ki, Çin bununla Tayvanı işğal etməyə hazırlaşır:
"Çin hərbi və nüvə arsenalını İkinci Dünya Müharibəsindən bəri görünməmiş miqyasda artırır və bütün əlamətlər 2027-ci ilə qədər Tayvanı işğal etmək ambisiyalarını qoruyub saxlamağa işarə edir".
Məqalə müəllifləri qeyd ediblər ki, Çinin müdafiə büdcəsi son bir neçə ildə 16% artaraq 223 milyard dollardan çox olub.
Hind-Sakit Okean Komandanlığının admiralı Con Akvilinonun sözlərinə görə, üç il ərzində Xalq Azadlıq Ordusu 400-dən çox döyüş təyyarəsi, eləcə də 20-dən çox böyük döyüş gəmisi əldə edib. O qeyd edib ki, Çin 2020-ci ildən raket arsenalını da iki dəfə artırıb.
Əzizə