"Azərbaycanın təklifi ilə “Dağlıq Qarabağ” termin sənədlərdən çıxarıldı" - Millət vəkili

Bekçikanın paytaxtı Brüsseldə keçirilən Avronest Parlament Assambleyasının (PA) Enerji Təhülkəsizliyi Komitəsində Avropa Parlamentinin üzvünün hazırladığı məruzə ölkəmizə qarşı qərəzli olduğu üçün nümayəndə heyətimizin etirazı və əsaslandırılmış arqumentləri nəticəsində müzakirədən tamamilə çıxarılıb. Azərbaycanın təklifi ilə növbəti iclas üçün məruzənin mövzusu "Şərq Tərəfdaşlığı ölkələrində daha dayanıqlı gələcəyə doğru qarşılıqlı əlaqəli enerji sisteminin çağırışlarının paradiqması" seçilib. Ümumiyyətlə, 4 komitənin ikisində Azərbaycanın mövzu təklifi tamamilə, birində isə birləşdirilərək dəstəklənib.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.


Onun sözlərinə görə, Avronestin bu ilki komitə və plenar iclasları Azərbaycan üçün kifayət qədər faydalı olub:


"Nümayəndə heyəti Azərbaycan əleyhinə olan bütün düzəlişlərin qəbul olunmamasına nail ola bilib. Azərbaycanın təklifi ilə “Dağlıq Qarabağ” kimi keçmişdə qalan termin sənədlərdən çıxarılmaqla yanaşı, həmçinin “Alma-Ata Protokolu” ilə bağlı nümayəndə heyətimizin mövqeyi nəzərə alınıb. Azərbaycan nümayəndə heyətinin sədri Tahir Mirkişili sosial komitənin sədri seçilib".


Deputat qeyd edib ki, bu iclas Azərbaycan reallıqlarının bir daha təqdim edilməsi baxımından çox vacib tədbir olub:


"Nümayəndə heyətinin bütün üzvləri fərqli məsələlər ilə bağlı dəfələrlə öz fikirlərini bölüşüblər. Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları, nəqliyyat sahəsində əməkdaşlıq, Azərbaycanın Ukrayna və Avropa İttiffaqının enerji təhlükəsizliyinin güclənməsində rolu, yaşıl enerjiyə keçid və digər məsələlərə də öz çıxışlarımda toxundum". 


Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR