Pentaqonun NARAHATLIĞI: “Təhlükə altındayıq”

Siyasət
16:56 / 20.03.2024
18848
“Ukrayna qoşunları təhlükə altındadır”.
Sfera.az bildirir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib. O qeyd edib ki, məhz bu səbəbdən ABŞ Kiyevə yardım məsələsini davam etdirməlidir.
Ostin fikirlərini bu cür ifadə edib: “Həmçinin, ABŞ-nin təhlükəsizliyi də təhdid altındadır. Ukraynaya dəstək vermək onun yaşaması və suverenliyi baxımından mühüm olsa da, bu, həm də ABŞ-nin şərəf və təhlükəsizliyi məsələsidir”.
Ostin daha əvvəl bildirmişdi ki, Rusiya ordusu cəbhədə irəliləməyə davam edir. Onun sözlərinə görə, ABŞ Konqresinin qanunvericilik işinin nəticəsini proqnozlaşdırmaq mümkün deyil, lakin Prezident Co Baydenin administrasiyası Kiyevə yeni yardım tələbinin təsdiq edilməsində irəliləyişə ümid edir.
Günay