Zaxarovadan Paşinyanın “Müharibə başlaya bilər” açıqlamasına REAKSİYA: "4 kəndin Azərbaycana..."

Zaxarovadan Paşinyanın “Müharibə başlaya bilər” açıqlamasına REAKSİYA:

“Moskva Bakı ilə İrəvan arasında danışıqlar prosesinin öz nəzarətində olmasını istəyir”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Kremlin nəzarətindən kənar sülh prosesi onun maraqlarına cavab vermir. 

 

“Misal üçün, Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə bildirib ki, İrəvan sərhəd kəndləri məsələsində Bakıya güzəştə getməsə, o zaman həftənin sonunda müharibə başlaya bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə diqqəti kəndlərin qaytarılmasının sülhə xidmət edəcəyinə yönəltmək əvəzinə, Paşinyanın “müharibə” ifadəsindən yapışıb. “Avropa Birliyi, NATO və Vaşinqtondan olan yeni kuratorlar işi görün hansı yerə çatdırdılar” deyə Zaxarova Paşinyanın bəyanatının Rusiya ilə heç bir əlaqəsi olmadığını vurğulayıb. O, Paşinyanın siyasətinin və açıqlamalarının qərblilərlə məsləhətləşmələrinin nəticəsi olduğunu deyib”.

 

Ekspert vurğulayıb ki, Paşinyanın son açıqlamalarının leytmotivi Ermənistana məxsus olmayan kəndlərin Azərbaycana qaytarılması ilə bağlıdır:

 

“Bu haqda isə Zaxarova və digər Rusiya rəsmiləri açıqlama vermirlər. Halbuki, 4 kəndin Azərbaycana qaytarılmasının Qərblə əlaqəsi yoxdur, bu, Nikol Paşinyanın qərarıdır. Çünki reallıq bunu diktə edir, üstəgəl bu şifahi razılaşma Rusiya Prezidenti Vladimir Putinin də 9 noyabrda Azərbaycan və Ermənistan liderləri ilə imzaladığı üçtərəfli bəyanatla əlaqəlidir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycan onu Türkmənistana təhvil verdi

Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Sap...

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...

Prezident onu hərbi prokuror təyin etdi

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.   Sfera.az  xəbər verir ki, Prezident İlham...

Əhalinin yanacaq xərcləri artdı

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 156 mln. manat xərclənib. ...