Yaponiyadan Rusiyadakı prezident seçkiləri ilə bağlı BƏYANAT: "Qəbuledilməzdir!"

“Rusiya prezident seçkilərinin Donbass, Krım və Novorossiya vilayətlərində keçirilməsi qəbuledilməzdir”.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava deyib.
O bildirib ki, buna səbəb Tokionun bu əraziləri Ukraynanın bir hissəsi hesab etməsidir.
“Rusiyanın bu bölgələri işğal etməsi Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və BMT Baş Assambleyasının müvafiq qətnamələrinə ziddir”, - Kamikava qeyd edib.
“Yaponiya Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək və Ukraynada ən qısa zamanda ədalətli və davamlı sülhə nail olmaq məqsədilə beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək”,- XİN rəhbəri bildirib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib. Bu, üç gün ərzində və onlayn keçirilən ilk seçkidir. Elektron səsvermə sistemi Rusiya regionlarının təxminən üçdə birində mövcud idi. Rusiya Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 100%-i hesablandıqdan sonra Rusiyanın hazırkı prezidenti Vladimir Putin səslərin 87,28%-ni toplayıb.
Firuzə Əliyeva