NATO Baş katibinə Bakıda hansı cavab verilib? 

NATO Baş katibinə Bakıda hansı cavab verilib? 

NATO Baş katibi Yens Stoltenberq Azərbaycana səfər etdi. Bu onun NATO Baş katibi kimi ölkəmizə ilk səfəri olsa da 1990-cı illərdə Norveçin energetika naziri kimi bir neçə dəfə səfər edib. 

 

Yens Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində Gürcüstan və Ermənistana da səfər edəcək. Aydın məsələdir ki, onun Cənubi Qafqaza gəlişi Kremli narahat edəcək. Yəni səfərin bir məqsədi də məhz Rusiyanı qıcıqlandırmaqdır. 

 

Prinsip etibarilə Stoltenberqin Cənubi Qafqaz turnesinin Kremli qıcıqlandırması başadüşüləndir. Belə ki, indiki məqamda Gürcüstan Şimali Atlantika Blokuna üzv olmaq istəyir. Ermənistan isə KTMT-dən çıxmaq və sonrakı etapda alyansa üzvlüyü düşünür. 

 

Tbilisi və İrəvandan fərqli olaraq Bakının NATO-ya baxışı fərqlidir. Belə ki, bu gün Azərbaycan NATO-nun müxtəlif proqramlarında iştirak etsə də alyans üzvlüyü ilə bağlı xüsusi təşəbbüsü yoxdur.

 

Azərbaycan iki ölkə ilə müqayisədə balans siyasətinə daha çox önəm verir. Ümumiyyətlə, Bakının hərbi bloklar ilə bağlı yanaşması hər zaman neytral olub. Təsadüfi deyil ki, Azərbaycan məhz buna görə Qoşulmama hərəkatı çərçivəsində fəaliyyətə daha çox diqqət ayırır. 

 

Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında bildirib ki, Azərbaycanın Kosovada və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bundan başqa ölkə başçısı qeyd etdi ki, 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr məhz bizim hərbi qulluqçularımız idi. 

 

Azərbaycanın alyanslara yaxın durmamasının bir digər səbəbi də TDT ilə bağlıdır. Bakı təşkilatın gələcəkdə hərbi qanadının olma ehtimalını hər zaman nəzərə alaraq alyanslara məsafəli yanaşır. Yəni Azərbaycan bir hərbi təşkilata üzv olacaqsa, bu ancaq TDT, ya da bu formatda bir türk birliyi ola bilər. 

 

Prinsip etibarilə, Azərbaycan NATO-nun ikinci böyük dövləti – Türkiyə ilə strateji müttəfiqdir. Azərbaycan Ordusu Türkiyə Ordusu modelinə keçib. Azərbaycan Ordusunda NATO standartları tətbiq edilir. 

 

Aydın məsələdir ki, bağlı qapılar ardında daha detallı və spesifik mövzular müzakirə edilib. Ehtimal ki, NATO-nu narahat edən məqamlardan biri də Bakının ankalvlar və eksklavlar uğrunda yeni hərbi eskalasiyaya başlama ehtimallarıdır. Bu ehtimal hələlik aktual deyil, lakin reallaşması mümkündür. 

 

Rəsmi Bakı İrəvan ilə yeni müharibədə maraqlı deyil, amma bununla belə Ermənistana torpaq güzəştə getməyi də düşünmür. İrəvan prosesi süni şəkildə uzadarsa və sərhəddə yeni təxribatlar edərsə, Bakının cavabı sərt olacaq.

 

Müəllif: Politoloq Turan Rzayev
 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...