Şimali Koreya gərginliyi ARTIRIR: 3 ballistik raketlə... - Yapon nazirdən AÇIQLAMA

Şimali Koreya ardıcıl hərbi təlimlərlə Koreya yarımadası və onun ətrafında gərginliyi artırmağa davam edir.
Sfera.az bildirir ki, ABŞ dövlət katibi Antoni Blinkenin Demokratiya Sammitində iştirak etmək üçün Cənubi Koreyaya gəlişindən sonra Şimali Koreya qoşunları növbəti raket sınağı keçirib.
Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Pxenyanın Yapon dənizinə doğru 3 ballistik raket atdığı bildirilib. Qeyd olunub ki, raketlərdən ikisi yerli vaxtla saat 07.44 və 08.21-də atılıb, üçüncü raket isə təxminən 50 kilometr yüksəkliyə qalxaraq 350 kilometr uçub.
“Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşən raketlər heç bir ziyana səbəb olmayıb”, - vurğulanıb.
Yaponiyanın baş naziri Fumio Kişida mövzu ilə bağlı danışarkən Pxenyanın hərəkətlərinin Yaponiyanın, regionun və beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyini təhdid etdiyini söyləyib. Kişida, Şimali Koreyanın raket sınaqlarının "qəbuledilməz" olduğunu bildirib.
Cənubi Koreya ordusu da Şimali Koreyanın son raket sınağını təsdiqləyib. “Biz Şimali Koreyanın Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid edən təxribat xarakterli raket sınaqlarını qətiyyətlə pisləyirik”, - bildirilib.
Qeyd edək ki, son sınaqla Pxenyanın ilin əvvəlindən həyata keçirdiyi ballistik raket sınaqlarının sayı 2-yə yüksəlib.
Günay