Qorxmaz Əlilicanzadə üz iflici keçirdiyini açıqladı
Əməkdar artist Qorxmaz Əlilicanzadə bir müddət əvvəl üz iflici keçirdiyini açıqlayıb. Sfera.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. "Səhər yuxudan durdum, getdim əl-üzümü yuyum ki, Elgizin verilişinə dəvətliyəm. Gördüm ki, ağzım əyilib, üz iflici keçirmişəm. Mənim də bir xasiyyətim var, söz vermişəmsə, gəlməliyəm. Gəlim, desinlər ki, çıx get, gedim. Səhər verilişə gəldim. Elgiz baxdı və soruşdu ki, "Bu nədir, niyə gəlmisən?". Dedim ki, necə yəni, söz vermişəm.